
Cənubi Koreyada iqtidarda olan Xalq Gücü Partiyası heyvan hüquqları təşkilatlarının təzyiqi altında yeni qanun hazırlandığını açıqlayıb. Qanun layihəsi 2027-ci ildə it ətinin istehlakını qadağan etməyi planlaşdırır.
Xalq Gücü Partiyasından Yu Eui-dong, “İt ətinin istehlakının yaratdığı sosial xəstəliklərə son qoymağın vaxtıdır" deyə bildirib. Son zamanlar ev heyvanları olan insanların sayı artmaqdadır və beynəlxalq ictimaiyyət tərəfindən Cənubi Koreyada it əti istehlakını qadağan etmək üçün təzyiqlər artır.
Cənubi Koreyada bəzi restoranlarda xüsusilə yay aylarında qızardılan və ya bosintanq adlı şorbalarda istehlak edilən it əti də verilir. O da bildirilib ki, ölkə üzrə bu cür restoranlar xüsusilə yaşlılar arasında populyardır.
Tehsil-press.az