
Bazanın sözlərinə görə, intihara səbəb hərbi komissarlığa çağırış olub. Özünü güllələyən şəxs ölümündən əvvəl dostlarına çağırış vərəqəsi alması və orduya getmək istəməməsi barədə yazıb. Onun noyabrın 21-də səhər saatlarında əşyaları ilə birlikdə hərbi komissarlığa gəlməli olduğu bildirilirdi.
Kanal 360 iddia edir ki, mərhumun dostları intiharın baş verdiyi “Vystrel” atıcılıq klubuna onun intihar etməyi planlaşdırdığı barədə xəbərdarlıq ediblər. İşçilər isə buna inanmayıblar.
Rusiyada payız hərbi çağırışı oktyabrdan dekabrın 31-dək keçirilir. Ordu 130 min nəfəri hərbi xidmətə çağırmağı planlaşdırır.
Tehsil-press.az