“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs edilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilib.