Maqnit-robotun köməyi ilə dünyada ilk cərrahiyyə əməliyyatı edilib

Maqnit-robotun köməyi ilə dünyada ilk cərrahiyyə əməliyyatı edilib Texnologiyanı inkişaf etdirən “Levita Magnetics” şirkətinə görə, daha az invaziv və daha effektiv əməliyyatlar həyata keçirmək üçün güclü maqnitlərdən istifadə edən robot bu həftə Çilidəki dövlət xəstəxanasında ilk beynəlxalq cərrahiyyə əməliyyatını - öd kisəsinin çıxarılmasını yerinə yetirib.
Santyaqodakı Luis Tisne Xəstəxanasındakı MARS cərrahi platforması cərrahlara “qaraciyər kimi orqanlara kiçik bir maqnit taxmağa və orqanları manipulyasiya etmək üçün xəstənin qarın boşluğunda yüksək güclü maqnitlər olan robot qollardan istifadə etməyə" imkan verir. Maqnit-robot “cərrah” Kaliforniyada fəaliyyət göstərən bir startap tərəfindən hazırlanıb.
Kaliforniyada yerləşən “Levita Magnetics” şirkətinin həkimi və qurucusu Alberto Rodriguez-Navarro deyir ki, sistem, həmçinin "cərraha kameranın idarə olunması imkanı verir, bu da daha yaxşı vizuallaşdırmaya şərait yaradır, çünki o, daha sabitdir”. MARS platformasını inkişaf etdirən startapın rəhbəri cərrahiyyə əməliyyatdan sonra jurnalistlərə müsahibəsində deyib: “Maqnit-robot pasiyentə daha az kəsik və daha az ağrı, daha sürətli sağalma imkanı verir. Cərrah üçün də robot daha əlverişlidir, çünki bu, ona bir gündə daha çox əməliyyat etməyə imkan verir”.
Platforma hələ sentyabr ayında ABŞ Qida və Dərman İdarəsi tərəfindən təsdiqlənib və daha bir cərrahiyyə əməliyyatı Ohayo ştatındakı Klivlend Klinikasında həyata keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər