Maye robot yaradılıb

Maye robot yaradılıb Çin və Avstraliya alimlər qrupu dar yerlərdə hərəkət edən və formasını dəyişən maye robot yaradıb.
Videoda ilk eksperimental modeli əks olunan maye robot litium batareya ilə işləyir və ovuca yerləşir. İxtira plastik təkər və maye qallium akkumulyatordan ibarətdir. Robotun təkəri maye ağırlıq mərkəzini dəyişən zaman fırlanmağa başlayır. Gərginlik isə quraşdırılmış batareya vasitəsilə ona ötürülür.
Alimlərin sözlərinə görə, miniatür robotlar orqanizm daxilində xərçəng şişlərini aşkarlaya və müalicə edə, eləcə də onlara dərmanları çatdıra bilirlər.
Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə bu kimi robotlar insanları uçqunlar altından xilas edə biləcəklər. Çünki qurğuların maye konstruksiyası onlara əlçatmaz yerlərə daxil olmağa imkan verir.
Maye robot prototipinin əsasını təşkil edən qallium elektron sxem və yarımkeçiricilərdə istifadə edilən yumşaq gümüşü materialdır.

Tehsil-press.az

Oxşar xəbərlər