“Apple” 2024-cü ildə iki yeni iPad Pro və iPad Air buraxacaq

“Apple” 2024-cü ildə iki yeni iPad Pro və iPad Air buraxacaq “Bloomberg” yazır ki, bu dəfə alıcılar üçün bu planşetləri ayırd etmək daha asan olacaq.
“Apple” şirkəti iPad Pro və iPad Air planşetlərini bu dəfə daha fərqli dizaynda istehsal edəcək. Çünki onlar arasındakı oxşarlıq alıcılar arasında fikir çaşqınlığına səbəb olub.
Şirkət, cihazların bir-birindən fərqləndirilməsi strategiyası çərçivəsində iPad Pro-nu diaqonal 11 və 13 düymlük OLED displeylər, yeni M3 çipi və alüminium korpuslu yenilənmiş Magic Keyboard klaviaturası ilə təchiz etmək niyyətindədir. Eyni zamanda, iPad Air keçənilki Apple M2-də 10,9 və 12,9 düymlük dəyişikliklər olunmaqla təqdim ediləcək. Lakin iPad Air üçün bu seriyada klaviatura yenilənməsi nəzərdə tutulmayıb.
“Bloomberg”in eksperti Mark Qurman bu dəyişikliklərin iPad Air-i digər Pro versiyası ilə müqayisədə daha əlçatan edəcəyini və cihazın standart iPad ilə müqayisədə yeni təkmilləşmələrlə təqdim olunacağını bildirib.
Bundan əlavə, “Apple” şirkəti 9-cu nəsil baza iPad planşetinin istehsalını dayandırmağı planlaşdırır ki, bu da öz növbəsində 1-ci nəsil “Apple Pencil”in bazarı tərk etməsinə səbəb olacaq.
Şirkət, həmçinin səmərəli hesab edilən iPad 10 və iPad mini cihazlarının satışını davam etdirəcək. iPad 10 şirkətə təhsil bazarında nisbətən büdcəli sayılan “Chromebook” noutbukları ilə rəqabətə girməyə imkan yaradacaq. iPad mini isə daha kompakt cihazlardan istifadə etməyə üstünlük verən alıcılar arasında hələ də populyarlığını qoruyub saxlayır.

Tehsil-press.az



Oxşar xəbərlər