Moskva Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır - Rusiya XİN

Moskva Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır - Rusiya XİN Rusiya Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə həmişə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanması üzrə Moskvada sülh danışıqlarının aparılmasına dair təkliflərimiz Ermənistan və Azərbaycandan olan tərəfdaşlarımız üçün açıqdır. Ümid edirik ki, İrəvan və Bakı bunu xatırlayırlar", - deyə rusiyalı diplomat bildirib.
O əlavə edib ki, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi sülh nizamlanmasına kömək etməyəcək və yalnız Cənubi Qafqazda gərginliyi artıracaq.
M.Qaluzinin sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib.
"Rusiya-Azərbaycan münasibətləri heç bir dəyişikliyə məruz qalmayıb. Bizim əlaqələrimiz ölkələrimizin xalqlarının rifahı naminə mütərəqqi şəkildə inkişaf etməkdə davam edir", - deyə rusiyalı diplomat bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər