
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Ümid edirik ki, qanunverici qeydiyyatdan sonra seçki prosesinin nəticələri Ermənistanın mütərəqqi inkişafına, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə, eyni zamanda bütün Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına öz töhfəsini verəcək, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının tam icrası yerinə yetiriləcək”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin qalibi Nikol Paşinyan olub.
Tehsil-press.az