Sülhməramlılar Qarabağın minalardan təmizlənməsində iştirak edə bilər

Sülhməramlılar Qarabağın minalardan təmizlənməsində iştirak edə bilər Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığı Azərbaycan tərəfi ilə minalardan təmizləməni müzakirə edib.
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.
“RMK komandanlığı ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə humanitar minatəmizləməsinin razılaşdırılması məsələləri ilə bağlı danışıqlar aparılıb”, - deyə Rusiya MN-dan bildirilib.
Vurğulanıb ki, sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmin edilməsi və humanitar qanunlara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.

Tehsil-press.az




Oxşar xəbərlər