
Dilavər Axundova Fransada yol qəzasında dünyasını dəyişib.
Bildirilir ki, D.Axundova bu ölkədəki universitetlərin birində ikinci kurs tələbəsi imiş. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır.
Məlumata görə, D.Axundova AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundovanın qızıdır. Hadisə vaxtı N.Axundova Polşada ezamiyyətdə olub.
Tehsil-press.az