
İl ərzində paytaxt Sarayevonun da daxil olduğu Sarayevo Kantona 665 min 593 turist gəlib. Bu indiyədək qeydə alınan rekord göstəricidir.
Ötən il turistlərin sayı 2022-ci ilə nisbətdə 34,9 faiz, 2019-cu ildəki rekord göstərici ilə müqayisədə isə 0,01 faiz artıb.
Bosniya və Herseqovinaya il ərzində ən çox turist müvafiq olaraq Türkiyə, Xorvatiya, Serbiya, Monteneqro, Çin, Almaniya, ABŞ və Sloveniyadan gəlib.
Tehsil-press.az