ADNSU Rusiyanın Don Dövlət Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

ADNSU Rusiyanın Don Dövlət Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Rusiyanın Don Dövlət Texniki Universiteti arasında memorandum imzalanıb.
İmzalanma mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov universitetdə təhsil və tədris prosesi, qazanılan elmi nailiyyətlər, beynəlxalq əlaqələr haqqında məlumat verib.
Rusiyanın Don Dövlət Texniki Universitetinin rektoru professor Besarion Mesxi rəhbərlik etdiyi ali məktəbdə tədris olunan ixtisaslar və mövcud beynəlxalq layihələrdən danışıb.
Sonra birgə təhsil proqramlarının hazırlanması, elmi layihələr, ikili təhsil layihələri, həmçinin tələbə və müəllimlərin akademik mübadiləsinin qurulması istiqamətində görüləcək işlər və qarşıda duran hədəflərdən bəhs edilib.

Tehsil-press.az





Oxşar xəbərlər