
Görüşdə V.Əskərov ADNSU və Azərbaycan-Fransız Universitetinin (UFAZ) təhsil sistemi, beynəlxalq əlaqələri haqqında məlumat verib. Qazaxıstan ali təhsil müəssisələri ilə əlaqələrin əhəmiyyətini qeyd edən V.Əskərov əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində addımlar atılacağını deyib.
Professor Daria Kojamjarova Cənubi Qazaxıstan Dövlət Universitetinin fəaliyyətindən bəhs edib, ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Sonra əməkdaşlıq və perspektiv təhsil layihələri ilə bağlı müzakirələr aparılıb.
Tehsil-press.az