UNEC əməkdaşları İsveçrədə keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edirlər

UNEC əməkdaşları İsveçrədə keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil edirlər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva və Beynəlxalq əməkdaşlıq departamentinin mütəxəssisi Jalə Heydərova İsveçrə Siyasi Elmlər Assosiasiyasının SPSA illik elmi konfransında iştirak edirlər.
İsveçrənin Sankt Qallen Universitetində təşkil olunan konqresdə Jalə Heydərova “Müqayisəli siyasət” panelində suriyalı və ukraynalı qaçqınlara dair Avropa İttifaqının miqrasiya siyasəti barədə məruzə ilə çıxış edib. Təqdimatdan sonra o, mövzu ilə bağlı tədqiqatçıların suallarını cavablandırıb.
Nərgiz Hacıyeva isə İsveçrə Siyasi Elmlər Assosiasiyasının Empirik metodlar işçi qrupunun direktoru olaraq, konqresdə siyasi elmlər üzrə empirik metodlar panellərinə rəhbərlik edib.
Konqresdə keçirilən SPSA-nın illik Elmi Assambleyasında Nərgiz Hacıyeva növbəti 5 il müddətinə yenidən Empirik metodlar işçi qrupunun direktoru vəzifəsinə təyin olunub.

Tehsil-press.az



Oxşar xəbərlər