UNEC-in əməkdaşı Avropa assosiasiyalarının üzvü seçilib

UNEC-in əməkdaşı Avropa assosiasiyalarının üzvü seçilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva Bern Universitetinin İsveçrə Siyasi Elmlər Assosiasiyasının (SPSA) və Birləşmiş Krallığın Birmingem Universitetinin Hüquq Məktəbinin nəzdində fəaliyyət göstərən Sosial-Hüququ Tədqiqatlar Assosiasiyasının (SLSA) tədqiqatçı üzvü seçilib.
N.Hacıyeva hər iki assosiasiyada Azərbaycanı təmsil edən ilk xanım siyasi tədqiqatçıdır.
Qeyd edək ki, SLSA 1990-cı ildə Böyük Britaniyada yaradılıb və sosial-hüquq sahəsində alimlərin elmi işlərini yayan, onları müvafiq müzakirələr ətrafında toplayan assosiasiyadır.
SPSA – İsveçrənin Bern şəhərində fəaliyyət göstərən İsveçrə Siyasi Elmlər Assosiasiyası politoloqların əsas və tanınmış tədqiqat şəbəkəsi institutudur. SPSA işçi qrupu müxtəlif altsahələrdən olan siyasi tədqiqatçı və alimləri bir platformada toplayaraq, onlara siyasi elmlərin aktual müzakirələrini aparmaq imkanı yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər