UNEC-in gənc əməkdaşı dünyanın nüfuzlu elmi jurnalının elmi redaktoru seçilib

UNEC-in gənc əməkdaşı dünyanın nüfuzlu elmi jurnalının elmi redaktoru seçilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva dünyanın ən çox istinad edilən 3-cü və 6-cı ən böyük tədqiqat nəşriyyatı və açıq elm platforması olan, İsveçrənin Lozanna şəhərində yerləşən “Frontiers”lə əməkdaşlığa başlayıb.
“Frontiers”in elmi nəşrlərindən biri olan “Frontiers in Political Science” jurnalına elmi redaktor təyin edilən N.Hacıyeva UNEC-i “Frontiers”də təmsil edəcək.
Jurnalın digər iki redaktoru isə İsveçrənin Lozanna və Cenevrə Universitetinin dosenti Jan Erik, eyni zamanda Sürix Universitetinin empirik metodlar üzrə tanınmış professoru Marko Stenbergendir.

Tehsil-press.az



Oxşar xəbərlər