Mehriban Əliyeva atasını təbrik etdi

Mehriban Əliyeva atasını təbrik etdi bu gün Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin doğum günüdür.
Birinci vitse-prezident Mehriban Əliyeva atasının 90 illik yubileyi ilə əlaqədar paylaşım edib:
“Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! 90 illik yubileyin mübarək!
Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz etsin! Səni çox sevirik! Ömrün uzun olsun! Allah bütün valideynləri qorusun!”

Tehsil-press.az


Oxşar xəbərlər