Bakı Ali Neft Məktəbinin müəllimi elmi-tədqiqat işini uğurla müdafiə edib

Bakı Ali Neft Məktəbinin müəllimi elmi-tədqiqat işini uğurla müdafiə edib SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi kafedrasının baş müəllimi Rima Quliyeva “Ni, Mo, Co ilə modifikasiya olunmuş alümosilikat katalizatorunun iştirakı ilə vakuum qazoylunun hidrokrekinqi” mövzusunda yazdığı fəlsəfə doktorluğu dissertasiyasını uğurla müdafiə edib.
Müəllif tədqiqat prosesində dissertasiya işini elmi rəhbəri texnika üzrə elmlər doktoru, dosent Gülbəniz Muxtarovanın rəhbərliyi ilə Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Neftlərin tədqiqi və yağların alınma texnologiyası laboratoriyasında yerinə yetirib. Dissertasiya mövzusu üzrə 6 məqalə və 5 tezis olmaqla 11 elmi əsər çap olunub.
Bununla yanaşı, mövzu üzrə bir neçə məqalə “Web of Science” bazasına daxil olan jurnallarda işıq üzü görüb. Rima Quliyevaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2024-cü il 31 yanvar tarixli qərarı ilə neft kimyası ixtisasında texnika elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

Tehsil-press.az



Oxşar xəbərlər