BANM tələbələri beynəlxalq konfransın birinci dərəcəli diplomuna layiq görülüblər

BANM tələbələri beynəlxalq konfransın birinci dərəcəli diplomuna layiq görülüblər Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Rusiya Federasiyası Tümen Sənaye Universitetinin təşkilatçılığı ilə Sənaye Texnologiyaları və Mühəndislik İnstitutunun 15 illiyi münasibətilə keçirilən D.İ.Mendeleyev adına beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Şamil Fərzalızadə və Elnur İslamov konfransda “Tullantı sularının təmizlənməsində gələcək tətbiq üçün PSI və onun törəmələrinin sintezi” mövzusunda uğurla çıxış edərək birinci dərəcəli diplomla təltif olunublar.
Tələbələrin elmi rəhbəri BANM-in Kimya mühəndisliyi kafedrasının müəllimi, kimya üzrə fəlsəfə doktoru Aysel Məmmədovadır. Konfransın materialları www.elibrary.ru saytında Rusiyanın Elmi Sitat İndeksinin (RSCI) məlumat bazasına yerləşdiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər