
Bu barədə Milli Məclisin deputatı Erkin Qədirli jurnalist Sevinc Telmanqızının verilişində bildirib.
O qeyd edib ki, elm və təhsil nazirinin müəllimlərinə nəzarət edə bilmədiyini, Azərbaycanda təhsil sisteminin təməldən yanlış qurulduğunu iddia edib: “Təhsil sistemi təməldən yanlış qurulub. Elm və təhsil naziri öz müəllimlərinə nəzarət edə bilmir. Çünki müəllimlər seçki prosesinə cəlb olunub. Seçkilərin necə keçirildiyini də bilirik. Bu, sosial müqavilədir. Müəllim deyir ki, əgər sən istəyirsənsə qutudan filankəs çıxsın, onda mən də rüşvət alacam, dərsimi demiyəcəm, repititorluqla məşğul olacağam. Belə olan halda nazir o müəllimə nə deyə bilər ki? Ona görə də günahkar deyil, səbəbi axtarmalıyıq”.
Daha ətraflı videoda:
Tehsil-press.az