Bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
Qərarla Elm və Təhsil Nazirliyinin xidməti minik avtomobillərinin cəmi say həddi 23-dən 10-a endirilib.
Həmçinin, nazirliyin ərazi və yerli bölmələri üzrə mövcud 13 xidməti avtomobil ləğv edilib.
Eyni zamanda, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin balansındakı avtomobillərin sayı 2-dən 3-ə qaldırılıb.
Dəyişikliklə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə 3, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə isə 17 xidməti minik maşını ayrılıb.
Tehsil-press.az