Azərbaycanda qəbul imtahanları ləğv oluna bilərmi? – AÇIQLAMA

Azərbaycanda qəbul imtahanları ləğv oluna bilərmi? – AÇIQLAMA Bir çox dünya ölkələrində universitetlərə qəbul imtahanla keçirilmir. Azərbaycanda qəbul imtahanlarını ləğv edilib, məktəb göstəricilərinə əsasən tələbə qəbulu həyata keçirilə bilərmi?
Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi açıqlama verib:

O bildirib ki, şagird əldə etdiyi bilik və təhsil göstəricisi əsasında ali təhsil müəssisələrinə qəbulu həyata keçirmək mümkün ola bilər:

"Məktəb göstəricilərinə əsasən tələbə qəbulu həyata keçirilə bilər. Bu çox aktual mövzudur və məqsədəuyğundur. Bu zaman biz təhsili məktəbə də qaytara bilərik. Şagirdin məktəbdə təhsil aldığı fənlər üzrə ümumi göstəriciləri əsas götürülə bilər. Amma bu zaman obyektiv və şəffav qiymətləndirmə və nəzarət mexanizminin tətbiqi mütləq lazımdır.

Şagird əldə etdiyi bilik və təhsil göstəricisi əsasında ali təhsil müəssisələrinə qəbulu həyata keçirmək mümkün ola bilər. Əlbəttə bu bir qədər zaman ala bilər. Amma yekun olaraq şagirdlərin təhsili məktəbdə aldıqları və həmin təhsil göstəricisinihn əsasında da ali təhsil müəssisələrinə qəbul ola bilirlər. Dünyanın əksər ölkəsində bu təcrübədən istifadə olunur.

Respublika fənn olimpiadaların, idman yarışlarının və beynəlxalq olimpiyadaların qalibləri müsaqibədən kənar ali təhsil müəssisələrinə qəbul ola bilirlər. Həmin şəxslər imtahan vermədən universitetə qəbul ola bilirlər. Bizim başlıca hədəfimiz ali təhsil müəssisələrə qəbulu asandlaşdırmaq, amma bitirməsini çətinləşdirmək olmalıdır. Hər kəs ali təhsil almaq məcburiyyətində deyil. Hazırda 200 mindən çox tələbə universitetlərdə təhsil alır. Vacib olan məqam isə onların ixtisaslı kadr olaraq əmək bazarına çıxmasıdır. Yox əgər bu tələbələr daha sonra əmək faəliyyətlərində yaxşı kadr olmayacaqsa, bu qədər tələbənin universitetə qəbulunun heç bir mənası yoxdur".

Tehsil-press.az

Oxşar xəbərlər