Rektor Abel Məhərrəmov BDU radionun ilk sınaq yayımını dinləyib, televiziyasına müsahibə verib

Rektor Abel Məhərrəmov BDU radionun ilk sınaq yayımını dinləyib, televiziyasına müsahibə verib Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Jurnalistika fakültəsinin Televiziya və Radio Jurnalistikası (RTV) kafedrasının yeni fəaliyyətə başlayan BDU Radio və BDU TV studiyalarında görülən işlərlə tanış olub. Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova BDU media kompleksi haqqında ətraflı məlumat verib. Rektor radionun ilk sınaq yayımını dinləyib, kafedranın magistrantları və bir qrup bakalavriatın iştirakı ilə yayımlanan studiyada müsahibə verib. Eyni zamanda, Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyi TİKA-nın BDU ilə birgə layihəsi çərçivəsində TRT-də dörd həftəlik təcrübə keçən RTV kafedrasının doktorantı Mehriban Ələkbərova, magistrantlar - Səid Babazadə, Malik Talıblı, Xəyalə Əzizli, Toğrul Quluzadə, Aysel Qasımova, bakalavrlar - Azər Ağayev və Cavid Abbaslını dinləyib. Məlum olub ki, tələbələr davamlı olaraq studiyaların fəaliyyət prinsipləri, “production” anlayışı, günlük, həftəlik, aylıq yayım formatlarının hazırlanması, efir vaxtının düzgün seçilməsi, yaş həddlərinin nəzərə alınması, proqrama dinləyicinin qazandırılma yolları, aparıcılıq, səs montajı istiqamətində peşəkar dərslər alıb, internet televiziyaları, online media, səs və akustika, işıq və kölgə, eyni zamanda montaj dərslərində olublar. Qeyd edək ki, TİKA-nın “BDU-nun Jurnalistika fakültəsinin tədris proqramlarının yenilənməsi və Texniki Təhsil infrastrukturuna Dəstək” layihəsi çərçivəsində aparılan işin növbəti mərhələsi artıq yekunlaşııb. Fakültənin tədris kurrikulumunun və maddi-texniki bazasının yenilənməsi, akademik heyətinin təkmilləşdirilməsi ilə əlaqədar görülən fəaliyyətlər sırasında olan və yüksək texnologiyalara cavab verən BDU Radio və BDU TV-də sınaq yayımları artıq başlanıb.

Rektor Abel Məhərrəmov BDU radionun ilk sınaq yayımını dinləyib, televiziyasına müsahibə veribRektor Abel Məhərrəmov BDU radionun ilk sınaq yayımını dinləyib, televiziyasına müsahibə veribRektor Abel Məhərrəmov BDU radionun ilk sınaq yayımını dinləyib, televiziyasına müsahibə verib

tehsil-press.az

Oxşar xəbərlər