
Nəqliyyat eksperti Aslan Əsədov Xəzər TV-yə bildirib ki, sözügedən avtobillərin qiymətində də artım qaçılmaz olacaq. Hətta indiki bazarda bu qiymət artımı özünü müəyyən qədər göstərir.
Yeni qərardan sonra ölkəyə gətirilən avtomobillər arasında da mühərrik həcmi kiçik olan qırmızı rəngli avtomobillərin də sifariş sayında artım müşahidə olunur.
Avtomobil daşınmaları üzrə mütəxəssis Hüseyn Məmmədli onu da əlavə edib ki, qırmızı rəngi avtomobil sifarişləri ümumi satışın 5-7 faizini təşkil edirdisə, indi 15-17 faizini təşkil edir.
Tehsil-press.az