Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində BDU tələbələri ilə görüş

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində BDU tələbələri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisasının IV kurs tələbələri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev və komitənin əməkdaşları ilə görüşüblər.

Tələbələrə həmin şöbənin fəaliyyəti ilə bağlı ümumi məlumat verilib. Qeyd edilib ki, şöbə ölkədə dini sahədə tolerantlıq mühitinin qorunması, müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində maarifləndirmə işinin təşkilini həyata keçirir. Bu məqsədlə vətəndaşların, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinə qarşı müxtəlif formatda maarifləndirici tədbirlər həyata keçirilir.

Görüşün sonunda tələbələrin sualları cavablandırıb və diskussiya aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər