Sentyabrın 1-də müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvanın tələblərinə ciddi riayət olunması vacibdir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirədə deyib.
Komitə rəsmisi bildirib ki, hazırki dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir, terror hadisələri səbəbindən bölgələrdə ictimai sabitlik pozulur:
“Dinin əhalinin dinclik və etibarına təsir edəcək şəkildə terrorçu və ekstremist qruplar tərəfindən istismarı dövlət təhlükəsizliyi üçün böyük təhdid yaradır. Bu baxımdan dinin insan mənəviyyatında, əxlaqında və ictimai şüurunda oynadığı mühüm rolun və təsirin doğru məcraya yönləndirilməsi mühüm məsələdir”.
Sədr müavininin sözlərinə görə, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.
Dövlətimizin dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın yad dini ideologiyaların təsirindən qorunması, ölkədəki dini durumun sabit saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkən sədr müavini hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amilinin xüsusi rol oynadığını və beynəlxalq güclərin bu vəziyyətdən məharətlə istifadə etdiyini diqqətə çatdırıb.
Cəmiyyətdə dini biliklərin yetərsizliyinin insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirlərin, məzhəbçilik və təriqətçilik kimi mənfi təzahürlərin yayılmasına səbəb olduğunu nəzərə çatdıran S.Heydərov bu kimi tendensiyalarla mübarizədə ən səmərəli metodlardan birinin maarifləndirmə işinin gücləndirilməsi olduğunu deyib.
Komitə sədrinin müavini çıxışında, həmçinin ölkəmizin təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınmasında ən mühüm vasitə olan vətənpərvərlik, dövlətçilik amallarının, milli-mənəvi irsin, adət-ənənələrin aşılanması, cəmiyyətin, xüsusilə gənc nəslin dini dözümlülük və tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi ruhunda tərbiyə olunmasının önəmindən danışıb.
Tehsil-press.az