Gəncədə maşın dərəyə aşdı, ölən və yaralananlar var

Gəncədə maşın dərəyə aşdı, ölən və yaralananlar var Bakı-Qazax magistralının 349-cu km-də ağır yol qəzası baş verib.

Tehsil-press.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə istiqamətində hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşısında gedən "Qazel" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən "VAZ 2107" yoldan çıxaraq dərəyə aşıb. Bu zaman avtomobildə olan adı hələlik bilinməyən bir qadın dünyasını dəyişib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralanan 22 yaşlı Arzu Musayev və 31 yaşlı Ələsgər Məmmədov dərhal Gəncə şəhər TTYX-yə gətirilib.
Faktla bağlı araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər