“Paşa Həyat Sığorta” ASC-nin BDU tələbələri üçün növbəti təlimi

“Paşa Həyat Sığorta” ASC-nin BDU tələbələri üçün növbəti təlimi Bakı Dövlət Universiteti (BDU) ilə “Paşa Həyat Sığorta” ASC arasında imzalanmış əməkdaşlıq haqqında memoranduma uyğun olaraq tələbələr üçün “Layihələrin idarə olunması” mövzusunda növbəti təlim keçirilib.
BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun baş mütəxəssisi İlkin Şərifov tələbələrə əmək bazarında layiqli yer tutmaq üçün ideyaların layihəyə çevrilməsi, layihə yazılışının mərhələlərini öyrənməyin vacib olduğunu deyib. O, sektorun həyata keçirdiyi çoxsaylı təlimlər barədə məlumat verib və tələbələrə bu təlimlərdən yararlanmağı tövsiyə edib.
“Paşa Həyat Sığorta”nın Layihələrin idarə olunması və biznes proseslərin optimallaşdırılması departamentinin əməkdaşı Ayşən Qarayeva layihələrin idarə olunmasının karyera yüksəlişində rolu barədə iştirakçıları məlumatlandırıb. O, əmək bazarında bu sahəyə olan tələbin daha da artdığını qeyd edib.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər