"ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?

Formada qalmaq hər bir xanımın arzusudur. Qadınların bəziləri bunun ən əlverişli və heç bir ödəniş tələb etməyən yolunu tapıb deyə bilərik. Bu işdə də köməyə "ChatGPT" gəlir.

Belə ki, "ChatGPT"dən pəhriz menyusu hazırlamasını istəyəndə bir neçə saniyə ərzində menyu təqdim edir. Bəs bu, sağlamlıq baxımından nə dərəcədə düzgündür?

Mütəxəssislər bildirirlər ki, süni intellektdən soruşaraq müalicə və ya pəhriz təyin etmək birmənalı şəkildə doğru yanaşma deyil.

"Pəhrizin təyinatı yalnız xəstənin tam müayinəsindən sonra mümkündür. Süni intellekt vasitəsilə pəhriz hazırlamaq düzgün deyil və ciddi sağlamlıq riskləri yarada bilər", - deyə həkim Adil Qeybulla xəbərdarlıq edir.

Ətraflı Baku TV-nin süjetində:



Tehsil-press.az

Oxşar xəbərlər