
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Məhkumların qalan cəzaları Məhkəmə Tibb Qurumunun daimi xəstəlik, əlillik və qocalıq həddinə çatması ilə bağlı təqdim etdiyi arayışa əsasən Türkiyə Konstitusiyanın 104-cü maddəsinin 16-cı bəndinin müddəasına uyğun olaraq ləğv edilib.
Əfv edilən generalların siyahısını təqdim edirik:
- Çevik Bir,
- Çetin Doğan,
- Fevzi Türkər,
- Yıldırım Türkər,
- Aydan Erol,
- Erol Özkasnak,
- Cavad Temel Özkaynak.
Bundan başqa, “28 Şubat” işi ilə bağlı həbs olunan - Hacı Sülük, Əli Efteraslan, Avni Yılmaz, Sevda Yüksel, Gülbey Sarıoğlu, Süleyman Tuna və Abdulhekim Yılmaz əfv edilib.
Tehsil-press.az