
Universitetin heyət üzvləri Qazi Universitetinin Tələbə işləri idarəsinin rəhbəri Ahmet Mavi ilə görüşüblər.
Görüşdə idarənin fəaliyyəti haqqında məlumat verilib və müvafiq istiqamətlərdə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Hazırda idarə 42 mindən çox tələbə əməliyyatlarını həyata keçirir və bütün bunları Mərkəzi Tələbə İnformasiya Sistemi vasitəsilə izləyir. İdarə, həmçinin akademik bölmələrə təhsil qanunvericiliyi haqqında məlumat mübadiləsinə imkan verən inzibati struktura malikdir. İdarənin tərkibində İnformasiya emalı, Dəstək xidmətləri, Koordinasiya və planlaşdırma xidmətləri və Tələbə xidmətləri şöbələri fəaliyyət göstərir.
İdarənin fəaliyyəti ilə tanışlıq maraqla qarşılanıb və müvafiq sahələrdə təcrübə mübadiləsinin əlçatanlığı baxımından əməkdaşlığın mövcud vəziyyəti müsbət dəyərləndirilib.
Qeyd edək ki, hazırda modernləşməkdə olan MDU-da idarəetmədə və texnologiyalarda meydana çıxan dəyişikliklərə uyğunlaşmaq məqsədilə qabaqcıl xarici təcrübənin öyrənilməsinə xüsusi önəm verilir.
Tehsil-press.az