
Görüşdə Qazi Universiteti və MDU-nun Təhsil fakültələri arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Pedaqoji təhsilin məzmununun yenilənməsinə, regionda təhsilin idarə edilməsi sahəsində bilik və bacarıqların artırılmasına və qabaqcıl təcrübələrin paylaşılmasına hədəflənən birgə fəaliyyətlərin potensialından bəhs olunub. Qazi Universitetinin təhsil ixtisasları üzrə Türkiyədə və qlobal reytinqlərdə aparıcı mövqe tutması xüsusi vurğulanıb.
Fakültələr arasında işbirliyinin inkişafında ortaq konfransların, tələbə və müəllim mübadiləsinin önəmi vurğulanaraq konkret istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı ilkin razılıq əldə edilib.
Sonra, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, MDU-da pedaqoji təhsilinin məzmununun təkmilləşdirilməsi məqsədilə Qazi Universitetinin Təhsil fakültəsi ilə işbirliyinə xüsusi əhəmiyyət verilir.
Tehsil-press.az