Dünya şöhrətli müğənnidən Azərbaycana MÜRACİƏT - VİDEO

Dünya şöhrətli müğənnidən Azərbaycana MÜRACİƏT - VİDEO Dünyaca məşhur müğənni Enrike İqlesias öz rəsmi feysbuk səhifəsində Azərbaycandakı pərəstişkarlarına müraciət edib.

Tehsil-press.az xəbər verir ki, müğənni fanatlarına video müraciət edib.
“Salam, Azərbaycan. Bu, Enrike İqlesiasdır. Mən sizi “Formula 1”` yarışı çərçivəsində Bakıda baş tutacaq xüsusi şouda görmək istəyirəm”, – deyə məşhur müğənni bildirib.
Bu il iyun ayının 18-də dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.



tehsil-press.az

Oxşar xəbərlər