Maykl Ceksona Hindistanda heykəl ucaldıldı

Maykl Ceksona Hindistanda heykəl ucaldıldı Hindistanın Çennai şəhərində məşhur müğənni Maykl Ceksonun heykəli uçaldılıb

3 metr hündürlüyü olan heykəl bütöv qara qranitdən hazırlanıb. Heykəlin üzərində 6 heykəltəraş çalışıb. Maykl Ceksonun heykəlini onun pərəstişkarı sifariş verib. Onun sözlərinə görə, bu heykəlin Maykl Ceksonun yaşadığı malikanənin həyətində ucaldılmasını istəyib. Bu barədə məşhur ulduzun ailəsinə məktub yazan fanatı M.Ceksonun ailəsindən cavab gəlmədiyini görüb, heykəli doğma şəhərində uçaldıb. Heykəlin açılışında Hindistanın tanınmış aktyorları çıxış edib, Maykl Ceksonun şərəfinə hind rəqsləri ifa ediblər. Qeyd edək ki, heykəlin ümumi çəkisi 3,5 tondur.

tehsil-press.az

Oxşar xəbərlər