"Report" xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi bu müəssisədə sərəncam ümumilikdə dörd nəfərə şamil olunub.
İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 4 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov da iştirak edib.
Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 154 nəfərə şamil edilib.





Tehsil-press.az