Bakıda 76 yaşlı qadını qətlə yetirən şəxslər yaxalandı

Bakıda 76 yaşlı qadını qətlə yetirən şəxslər yaxalandı Bakıda 76 yaşlı qadını qətlə yetirən şəxslər yaxalanıb.

Tehsil-press.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 21-də Bakı şəhər sakini - 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədi ilə qətlə yetirilməsi müəyyən edilib. Qətli törətmiş V.İsayev və Ş.Məhərrəmov tutulublar. V.İsayev və Ş.Məhərrəmov evdən götürdükləri 750 manat pulu və qızıl əşyalarını təhvil veriblər.

tehsil-press.az

Oxşar xəbərlər