
Portuqaliyanın Lissabon şəhərində keçirilən təlimlərdə Naxçıvan Dövlət Universitetinin əməkdaşları – İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Tədris şöbəsinin müdiri Şahin Əliyev iştirak ediblər.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet-sənaye əməkdaşlığının genişləndirilməsidir.
Tehsil-press.az