Azərbaycanda satılan "Ferrari" - lərin sayı açıqlandı

Azərbaycanda satılan Maşınların qiyməti 250 000 avrodan başlayır.

Azərbaycanda "Ferrari" avtomobillərin rəsmi dileri "AvtoLux Azerbaijan" şirkəti satılan avtomobillərin sayını açıqlayıb.
"Avtolux Azerbaijan" şirkətinin direktoru İbrahim Əhmədov yeni "Ferrari 488 modelin" təqdimatı zamanı bildirib ki, bu günə qədər şirkət tərəfindən 6 ədəd "Ferrari" avtomobili satılıb. Onun sözlərinə görə, Azərbaycanda "Ferrari" avtomobillərin ilk rəsmi satış mərkəzi 2014-ci ildə açılıb:
"Bu günə qədər "Ferrari" avtomobillərin rəsmi dileri üç "Ferrari 458", iki "Ferrari F12 Berlinetta" və bir "Ferrari California" modeli satılıb. Müştərilərimiz avtomobili seçərkən ən çox qırmızı rəngə üstünlük verirlər". Qeyd edək ki, əfsanəvi, elit idman avtomobilləri sayılan "Ferrari" maşınlarının qiyməti təxminən 250 000 avrodan başlayır.

tehsil-press.az

Oxşar xəbərlər