
Bu sözləri müğənni Nazim Pişiyari mərhum həmkarı Elçin Cəlilov haqqında danışarkən deyib. "O üz" proqramına qatılan ifaçı E.Cəlilovun həyatından danışıb:
"Elçin Cəlilov zamanında ən populyar müğənnilərdən belə toylara qat-qat baha qiymətə gedirdi. O, Xalq artistləri Məmmədbağır Bağırzadə, Səməd Səmədov, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova kimi məşhurlarla bir yerdə el şəbliklərinə gedirdi. Onlar 1000-2000 manata toya gedirdilərsə, Elçin 3000 manata gedirdi. Elçin demək olar ki, hər gün toya gedirdi. Ona çox böyük tələbat var idi. Mənfur insanlar Elçində o çox sayda pulu gördülər. Ətrafında olanlar çalışdılar ki, onu sənətdən uzaqlaşdırsınlar, həm də o, müəyyən şeylərə görə onların sponsoru olsun. Onu pis yola sürükləyən isə Elçinin yanında olan musiqiçilər idi. Axı musiqiçi müğənni qədər toydan pul qazanmır. Ona görə də o musiqiçilər Elçinin üstünə qonmuşdular. O musiqiçilər indi də yaşayırlar. Onlar Elçini uçuruma apardılar və onu məhv etdilər".
Tehsil-press.az