Məktəblilər arasında Respublika şahmat festivalı

Məktəblilər arasında Respublika şahmat festivalı Aprelin 26-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Respublika şahmat festivalının II mərhələsinə start verilib.
Bakı şəhərindəki 12 saylı məktəbdə keçirilən festivala şahmat fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri qatılıb. Festivalın II mərhələsində I mərhələdə - rayondaxili yarışlarda I yeri tutan komandalar iştirak edir. Ümumilikdə, 63 komanda üzrə 400 nəfərə yaxın şagird final mərhələsində mübarizə aparacaq.
Festivalın şəxsi və komanda xarakterli final mərhələsində II-IV sinif şagirdlərindən ibarət 6 nəfərlik (3 oğlan və 3 qız) komandalar iştirak edir. 9 turdan ibarət olan final mərhələsinə mayın 2-də yekun vurulacaq.

Məktəblilər arasında Respublika şahmat festivalı

Məktəblilər arasında Respublika şahmat festivalı

Məktəblilər arasında Respublika şahmat festivalı

tehsil-press.az

Oxşar xəbərlər