
Bakı şəhərindəki 305 məktəbdən 3660 şagirdin qatıldığı yarışlara paytaxtın 15 ümumi təhsil və 2 idman məktəbi ev sahibliyi edir. Yarışların birinci mərhələsi “Olimpiya” sistemi üzrə keçirilir. Bu mərhələdə hər məktəbin yığma komandası rayondaxili mərhələdə iştirak edir. Oyunları AFFA tərəfindən təyin olunmuş hakimlər heyəti idarə edir. Birinci mərhələ üzrə oyunlar aprel ayının 10-dək davam edəcək.

tehsil-press.az