
Maraqlıdır, bu virusun koronadan fərqli və oxşar cəhətləri nədir? Yeni pandemiyaya, karantin rejiminə səbəb ola bilərmi?
Globalinfo.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, meymunçiçəyi virusu Orthopoxvirus qrupuna aiddir:
“Orthopoxvirus çiçəkkimilər qrupuna meymunçiçəyi, suçiçəyi və s. daxildir. Virus bir neçə il öncə lokal olaraq müxtəlif epidemik ocaqlar yaratmışdı. Hazırkı serotip isə mutasiyaya uğramış bir qədər təhlükəli variantdır. Kontaktla, dəri təması ilə yayılır. Yaxın məsafədən söhbət, təmaslar zamanı da yoluxma halları müşahidə edilə bilər. Yayılma intensivliyi korona kimi ola bilməz. O hava-damcı yolu ilə yayılırdı. Meymunçiçəyinin pandemiya yaratmaq ehtimalı aşağıdır. ÜST bu virusla bağlı acil durum elan edib. Fövqəladə vəziyyətin yarandığını görürük. Epidemik ocaqlarda sərt karantin rejiminin tətbiq olunması gözləniləndir. Ayrı-ayrı ölkələrdə çox az sayda yoluxma olarsa, bunun qarşısını almaq üçün müəyyən tədbirlər görülməlidir”.
Tehsil-press.az