BDU-da Anım Günü ilə bağlı kitab sərgisi

BDU-da Anım Günü ilə bağlı kitab sərgisi Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 27 sentyabr - Anım Günü ilə bağlı ənənəvi kitab sərgisi təşkil edib.

Sərgidə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin iradəsi, qətiyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində azad edilmiş torpaqların tarixi xronologiyası, Vətən müharibəsində Qələbənin əldə edilməsi, ölkəmizin suverenliyi uğrunda döyüşmüş və canlarından keçmiş Vətən oğulları haqqında Azərbaycan, rus və ingilis dillərində 50-yə yaxın kitab yer alır.

Nümayiş olunan kitablar sırasında 2021-ci ildə BDU-da nəşr olunmuş “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici kütləvi informasiya vasitələrinə müsahibələri”, “Vətən müharibəsi dövründə Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışları”, “Vətən müharibəsi yerli və xarici mediada”, “Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə”, “Tarix yazan məzunlar” adlı nəşrlər oxucuların böyük marağına səbəb olub.

Tehsil-press.az

Oxşar xəbərlər