DTX-nin həbs etdiyi başçının vəkili məlum oldu

DTX-nin həbs etdiyi başçının vəkili məlum oldu Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakənin icra başçısı İslam Rzayevin vəkili bəlli olub.

İslam Rzayevi tanınmış vəkil Elvin Əliyev müdafiə edəcək.

İ.Rzayev korrupsiya cinayətlərində şübhəli bilinərək tutulub. Daha sonra Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib. O, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, Elvin Əliyev daha çox meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınır.

Tehsil-press.az

Oxşar xəbərlər