BDU Tərtərin üç məktəbinə kompüter və kitablar hədiyyə edib

BDU Tərtərin üç məktəbinə kompüter və kitablar hədiyyə edib Bakı Dövlət Universiteti (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Tərtər şəhər 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərinə kompüterlər hədiyyə edilib.
Həmin məktəblərə BDU Elmi Kitabxanasından 271 adda 500-dək kitab hədiyyə olunub. Hədiyyə olunan kitablar arasında BDU-nun öz nəşrləri, o cümlədən ikicildlik “Azərbaycan tarixi” kitabı, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, universitet alimlərinin fəaliyyətini əks etdirən nəşrlər, bədii, tarixi, elmi əsərlər də yer alıb.

Tehsil-press.az



Oxşar xəbərlər