Yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Sabunçu rayon prokurorluğundan verilən məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
10:02
Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə Sabunçu rayonu, 71 saylı orta məktəbdə qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü A.S (şərtidir) həmyaşıdı D.N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Hər iki şəxs məktəbin 10-cu sinif şagirdidir.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanılıb./Report/
Tehsil-press.az