Anti-İnhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti bir gündə üç rayonun İcra Hakimiyyətinin keçirdiyi tenderlərin nəticələrini ləğv edib.
Onlardan biri İmişli İcra Hakimiyyətinin İmişli şəhərinin küçələrini tikintisi və qurulması ilə bağlıdır.
Rayon İcra Hakimiyyəti bununla bağlı 657.906,64 manat ayırsa da, Dövlət Xidməti buna icazə verməyib. Səbəb kimi isə qanunun müvafiq şərtlərini pozması olub.
Xatırladaq ki, bu, İmişli İcra Hakimiyyətinin son iki həftədə ləğv olunan üçüncü tenderidir.
Digər ləğv olunmuş müsabiqə isə Masallı İcra Hakimiyyəti ilə bağlıdır. Rayon ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınmasını əhatə edən və dəyəri 257.483 manat olan işlərin görülməsinin dayandırılmasına səbəb isə "Dövlət satınalmaları haqqın"da qanunun 36.1.1-ci maddəsinin pozulması olub.
Bu əsnada, Qax İcra Hakimiyyətinin də tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, digər iki rayondan fərqli olaraq, Qaxın icra başçısı ilə bağlı AİİNBNDX qərar çıxarıb. 03-10-2024-cü il tarixli AİBNDX/SQ-9918/2024 saylı qərarda qeyd edilir ki, qanunun bəzi tələbləri pozulmaqla yanaşı, həm də bəzi qaydalara riayət olunmayıb.
Qax şəhərinin Heydər Əliyev prospektində , S.Əsgərova , N.Nərimanov , 28 May küçələrində abadlıq işlərinin o cümlədən şəhərin 19 küçəsində hərəkət tənzimləyici xəttlərin çəkilməsi və Qax-Ağçay-İlisu yolunun işıqlandırılmasını əhatə edən işlərin qiyməti isə 123.236,56 manat nəzərdə tutulubmuş./Tribunainfo.az/
Tehsil-press.az