7 milyonluq dələduzluq işi - Maliyyə Nazirliyi zərərçəkmişdir

7 milyonluq dələduzluq işi - Maliyyə Nazirliyi zərərçəkmişdir Maliyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı müdhiş dələduzluq əməli ilə bağlı məhkəmə prosesi başlayır.

Qaynarinfo-nun məlumatına görə, dələduzluq əməlində Səfərov Fərəhim Əsgər oğlu, Samil Kamil oğlu və Kudina Yelena Yurik qızı adlı vətəndaşlar təqsirləndirilir.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (Dələduzluq - bir qrup şəxs tərəfindən, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) ittiham irəli sürülüb.

Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılacaq. Oktyabrın 16-na məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər 7 milyondan çox vəsaiti dələduzluq yolu ilə ələ keçiriblər.

Tehsil-press.az

Oxşar xəbərlər