
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“BRİKS-ə yeni üzvlər qəbul olunsa da, təşkilat sıralarını kütləvi şəkildə artırmaqda maraqlı deyil, Argentina nümunəsi dərs olub. Argentina BRİKS-ə üzv qəbul ediləndən sonra bu ölkənin yeni prezidenti təşkilatdan imtina etdi. Buna görə təsisçi ölkələr BRİKS+ formulu təsis ediblər. Bu, təşkilata üzv olmaq istəyən ölkələr üçün sınaq müddətidir”, - o bildirib.
Qeyd edək ki, Kazanda keçirilən sammitdə BRİKS-ə üzv dövlətlərin liderləri hələlik ittifaqa yeni üzv qəbul etməmək, əvəzində bəzi ölkələrə BRİKS tərəfdaşı statusu vermək qərarına gəliblər.
Tehsil-press.az