Ərdoğanın vəzifəsini 2 gün o icra edəcək

Ərdoğanın vəzifəsini 2 gün o icra edəcək Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifəsini müvəqqəti olaraq vitse-prezident Cövdət Yılmaz icra edəcək.

Bu barədə dövlət başçısının qərarı “Rəsmi qəzet”də dərc olunub.

Bildirilib ki, buna səbəb Ərdoğanın BRİKS sammitində iştirak üçün Rusiyaya səfər etməsidir.

Qeyd edək ki, Türkiyə lideri bu gün BRİKS sammitinin keçirildiyi Kazana səfər edib.

Tehsil-press.az

Oxşar xəbərlər